Türkiyədə silah-sursat anbarında partlayış olub
14.11.2019 435 0.0 0

Türkiyənin Şanlıurfa vilayətində silah-sursat anbarında partlayış baş verib.

Məlumata görə, 20-ci Tank Briqadasının sursat anbarında iki partlayış baş verib. Hadisə nəticəsində 16 hərbi qulluqçu yaralanıb.

Vilayət qubernatoru partlayışların səbəbinin bilinmədiyini bildirib.

Partlayış nəticəsində xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Yanğın nəzarət altına alınıb, və hadisə bölgəsində ekoloji təhlükəsizlik tam təmin edilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar