Türkiyədə referendumda seçici fəallığı açıqlanıb
16.04.2017 537 0.0 0

Bu gün Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda seçici fəallığı məlum olub.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, seçicilər 167 min 140 seçki məntəqəsində səs veriblər.

 

İlkin məlumata görə, seçici fəallığı 84.05 faiz olub. 

 

Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar