Türkiyənin güc qüvvələri 15 iyul dövlət çevrilişinə cəhdin ehtimal edilən təşkilatçılarından biri olan Adil Öksüzün mobil telefonuna ABŞ-ın İstanbuldakı Baş konsulluğundan zəng edildiyini müəyyənləşdiriblər.
Trend-in məlumatına görə, Ankara prokurorluğundakı mənbə "Anadolu" agentliyinə iyulun 21-də A.Öksüzə edilən həmin zəngin ABŞ diplomatik missiyasında qeydiyyatdan keçən nömrədən gəldiyini deyib.
Bu fakt prokurorluq tərəfindən yaxın günlərdə məhkəməyə təqdim ediləcək istintaq aktında qeydə alınıb.
Qeyd edək ki, ötən ilin noyabrında Ankara prokurorluğu Türkiyədə dövlət çevrilişinə cəhdin iki əlaqələndiricisi - A.Öksüz və Kamal Batmazın 2016-cı ildə 4 dəfə ABŞ-da olduğunu bildirib.
Sakarya Universitetinin əməkdaşı olmuş A.Öksüz çevriliş cəhdindən dərhal sonra saxlanılmış, lakin sonra sərbəst buraxılmışdı. Hazırda axtarışa verilib.