Türkiyədə qanlı gecə (FOTO,VİDEO)
10.09.2015 506 0.0 0

Türkiyənin bu gecəsi də sakit keçməyib.

Məlumata görə ölkənin bir çox şəhərlərində həm terror hücumları , həm də terrora qarşı etiraz aksiyaları baş verib.

Tunceli şəhərində PKK terrorçularının polis məntəqəsinə ağır silahlarla hücumu nəticəsində 3 polis və 1 dinc sakin yaralanıb. Yaralı polislər dərhal xəsdəxanalara çatdırılsa da onlardan biri həkimlərin səyinə baxmayaraq, şəhid olub.


Bingöl şəhərində isə silahlılar 3 tibb işçisini 1 saatdan çox girov saxlayıblar.

Terrorçular əvvəlcə Tibb məntəqəsinin "qaynar xəttinə" zəng vuraraq xəstələrinin olduğunu deyiblər. Çağırlan ünvana gedən 3 tibb işçisi terrorçular tərəfindən girov götürülüb.

Ağrı şəhərində dövlət idarəsi PKK silahlıları tərəfindən roket atəşinə tutulub. Polisin qarşılıq verməsindən qorxan terrorçular tez hadisə yerindən uzaqlaşıblar. Hücumda ölən və xəsarət alan olmayıb. Təhlükəsizlik qüvvələri ərazidə irimiqyaslı əməliyyatlara başlayıblar.

Son günlər artan terror hadisələrinə etiraz edən bir qrup İzmirdə Xalqların Demokrat Partiyasının (HDP) binasına daşlarla hücum ediblər. 

Binanın şüşələrini qıran etirazçılar partiyanın tablolarını cırıblar. 

Hadisənin sosial şəbəkələrdə görən partiya tərəfdarları əraziyə toplaşıb. Polisin HDP-lilərin ərazidən uzaqlaşması ilə bağlı çağrışlarndan sonra polis və etirazçılar arasında mübahisə baş verib. 

 


Ataşəhərdə isə HDP-nin binasına daxil olan bir qrup terror əlehdarı içəridəki əşyaları 4-cü mərtəbədən aşağı atıblar. Yerə atdıqları əşyaları bir yerə toplayan etirazçılar onlara od vurublar. 

Hadisədən sonra əraziyə gələn partiya nümayəndələri ölkədə sülhün yaranmasını istədiklərini bəyan ediblər.

 


Polislə etirazçı arasında mübahisə

 

Bolu şəhərində etrazçılar ərazidə yerləşən mağazaların şüşələrini sındırıblar. 100 nəfərə yaxın etirazçı mağazalara daxil olaraq, içəridəki əşyalara zərər vurublar. 


Kocaelidə terrora qarşı etiraz edən 10 mindən çox insan əllərində Türkiyə bayraqları ilə yürüş ediblər. Yürüş zamanı ərazıdə olan XDP-nin binasına hücum etmək isdəyən 5 nəfər saxlanılıb. Partiya binasının qarşısna toplaşan bir qrupu dağıtmaq istəyən polislərədən 2 nəfəri yaralanıb. 

 


Hakkarinin Yüksəkova rayonun Dağlıca bölgəsində və digər şəhərlərdə baş verən terror aktlarından sonra yerli sakinlər terrora qarşı etiraz mitinqlərinə başlayıblar.

Dağlıca bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddə terrorçular tərəfindən partladılmışdı. Hadisə nəticəsində 16 əsgər şəhid olub.

Hadisədən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK mövqelərini bombalayıb. Türkiyə ordusu Şimali İraqda yerləşən PKK hədəfərini məhv etmək üçün F-16 və F-4 qırıcı təyyarələrindən istifadə edib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar