Türkiyədə qəzet baş redaktoru qətlə yetirilib
30.05.2017 782 0
İstanbulda “Yeni Akit” qəzetinin baş redaktoru Kadir Dəmirəl aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.
“Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, insidentə ailə münaqişəsi səbəb olub.
Kadir Dəmirəllə qızı Əsma və kürəkəni Cəmil Yavuz Qərənfil arasında baş verən mübahisə dava ilə nəticələnib. Münaqişə zamanı kürəkən qayınatasına bıçaqla zərbə endirib.
İnsident nəticəsində baş redaktor ölüb, qızı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan cinayətkarın axtarışları davam etdirilir. /APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər