Türkiyədə qələbə çalan Elnur Hüseynov «Eurovision» yarışmasına qatılır
20.02.2015 1144 0
Türkiyənin TV8 telekanalında sentyabrın 29-da başlayan "O Ses Türkiye" mahnı müsabiqəsinin qalibi azərbaycanlı müğənni Elnur Hüseynov olub. Və Elnur Hüseynov qazandığı bu uğur ilə indi də "Eurovision" manhı müsabiqəsində iştirak edə bilər.
Məlumata görə, bu barədə Türkiyənin "Gazetevatan" saytı xəbər yayıb.
Həmin xəbərdə Elnur Hüseynovun seyircilərdən 1 milyonun üzərinde SMS səsi toplayaraq, yarışmanın 4 illik tarixində yeni rekorda imza atdığı da vurğulanır.
Eyni zamanda bildirilir ki, bu qələbədən sonra Azərbaycanın səlahiyyətli şəxsləri "O Ses Türkiye"dəki uğuru ilə diqqət çəkən Elnur Hüseynovu 2015-ci ilin may ayında keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə göndərmək qərarı veriblər./Musavat.com/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər