Türkiyədə partlayış: ölən və yaralananlar var
15.11.2015 737 0.0 0

Fransadan sonra Türkiyədə də partlayış baş verib.

Məlumata görə, ölkənin cənub-şərqində Qaziantep şəhərində terrorçu-kamikadze özünü partladıb. Onun İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilir.

Hadisə Türkiyə polisi reyd keçirən zaman baş verib. Polis Ankarada 102 nəfərin ölümü ilə nəticələnən terror hadisəsini törədən iki şəxsi Qaziantepə aparan şəxsi izləyərkən onun Halil İbrahim Durqun olduğunu müəyyən edib və onun yaşadığı yerə basqın edib. Durqunun 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində olduğu müəyyən edilib.

 

Lakin polisin basqınından xəbərdar olan Halil İbrahim onlara atəş açıb və bu zaman polislər onun arasında silahlı atışma olub. Qaça bilməcəyini anlayan Durqun özünü partladıb. Nəticədə 4 polis xəsarət alıb.

Partlayışdan sonra dağılmış mənzildə axtarış aparılıb və vanna otağında 2 qadın 3 uşaq tapılıb. Həmin qadın və uşaqların kim olduğu açıqlanmayıb.

 

Halil ibrahim Durqunun özünü partlatdığı mənzil


Xatırladaq ki, bu il oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada ölkənin tarixində ən qanlı terror hadisəsi baş verib. 2 terrorçu-kamikadze dinc aksiya iştirakçılarının yanında özünü partladıb. Nəticədə 102 nəfər ölüb, 400 nəfər yaralanıb. 

Sonradan terrorçulardan birinin Yunus Əmrə Alagöz olduğu bildirilib. Qeyd edilib ki, o, iyulun 20-də Şanlıurfada terror hadisəsi törətmiş İŞİD terror qruplaşması üzvünün qardaşı olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar