Türkiyədə «Paralel Dövlət»ə böyük zərbə
11.12.2015 578 0.0 0

Ankara Dövlət Məhkəməsi "Paralel Dövlət" adı altında apardığı əməliyyatın davamı olaraq Türkiyənin 10 vilayətində yenidən araşdırmalara başlayıb. Əməliyyatın məqsədi Fətullah Gülənin rəhbərlik etdiyi "Paralel Dövlət"in yüksək vəzifəli şəxslərini istinaqa cəlb etməkdir.

Türkiyə mətbuatına istinadən verilən məlumata görə, axtarış tədbirləri nəticəsində sabiq "AK Parti" millətvəkili İlhan İşbilənin də aralarında olduğu 5 nəfər həbs edilib. 

Zaman qəzetinin baş redaktoru Əkrəm Dumanlı, Cəmil Qoca, Cevdət Türkyolu ve Fatih Üniversitetinin rektoru Şərif Əli Təkalan, Akın İpək və Hidayət Qaracanın da içərisində olduğu 65 nəfər barəsində də həbs qərarının verilsə də, ancaq həmin şəxslərdən 43 nəfərinin hazırda xarici ölkələrdə olduğu müəyyən edilib.


 

 

 

"AK Parti" millətvəkili İlhan İşbilənin saxlanma videosu


Əməliyyat zamanı İstanbul təhlükəsizlik idarəsinin terrorla mübarizə idarəsinin əməkdaşları İşbilən və adı istintaqla müəyyən edilməyən daha 2 nəfərin lazımı sənədlərini tamamlayaraq onları Ankaraya göndəriblər. İzmirdə axtarılan 5 nəfərin isə qeydiyyatda olduğu ünvanlarda tapılmadığı müəyyən edilib.

Hazırda Ankara Dövlət Məhkəməsi daha 10 vilayətdə axtarışlara başlayıb.

Bu gün səhər saatlarında isə "Today's Zaman" qəzetinin keçmiş yayım müdiri Bülənt Keneş saxlanılıb. Lakin saxlanılan şəxs bir neçə saat sonra sərbəst buraxılıb.

Prezident Rəcəb Tayyip Ərdoğana aid yazılarında və sosial şəbəkədə təhqiredici statuslar paylaşdığı ancaq məhkəməyə getmədiyi üçün Keneş İzmirə gələrkən Atatürk Hava limanında polis əməkdaşları tərəfindən saxlanılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar