Türkiyədə növbəti terror aktı
21.01.2016 494 0
Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Nusaybin rayonunda polis əməkdaşlarını daşıyan avtobus minaya düşüb.
"Report" "NTV" telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində 9 polis zabiti və 1 şəhər sakini yaralanıb.
Zirehli texnikanın köməyi ilə xəstəxanalara çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hazırda bu bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Rayona əlavə hərbi birləşmə göndərilib
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər