Türkiyədə nazirlər MGK iclasına buraxılmayacaq
21.08.2015 556 0.0 0

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sentyabrın 2-də Milli Təhlükəsizlik Şurasının (MGK – Milli Güvenlik Kurulu) iclası keçiriləcək. Məlumata görə, kritik mövzuların müzakirə olunacağı iclasa bəzi nazirlərin buraxılmayacağı bildirilir. 

Ankara Beştepedəki prezident iqamətgahında keçiriləcək MGK iclasında PKK terroru, İŞİD terroru, paralel hökumətlə mübarizə və s. ölkə təhlükəsizliyini təhdid edən məsələlər müzakirə olunacaq. İclasda müvəqqəti hökumətin üzvləri, həmçinin baş nazirin müavini, ədliyyə naziri, milli müdafiə naziri, daxili işlər naziri və xarici işlər naziri iştirak edəcək. Müvəqqəti hökumətin nazirlər kabinetində yer verilsə də PKK terror təşkilatının siyasi qolu olan HDP-nin üzvləri MGK iclasına buraxılmayacaq. 

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, müvəqqəti hökumətin nazirlər kabinetində parlamentdə olan bütün partiyaların təmsil olunması nəzərdə tutulsa da, CHP və MHP müvəqqəti hökumətə nazir verməyəcəyini açıqlayıb. AKP idarə heyəti isə konstitusiyanın tələbinin yerinə yetiriləcəyini deyərək HDP-yə müvəqqəti hökumətdə 3 nazirlik veriləcəyini bəyan edib. 

“Konstitusiyada necə yazılıbsa o cür də olacaq. HDP-yə nazirlik düşür və veriləcək. Baş nazir təklif edəcək. Ya təklifi olunanı qəbul edəcəklər, qəbul etməsələr müstəqil bir şəxs təyin olunacaq. Biz `a` nazirliyini, `b` nazirliyini istəyirik deyə bilməyəcəklər. Konstitusiya açıqdır. Qəbul etməsələr müstəqil namizəd təyin olunacaq.” – deyə bəyanatda bildirilir. 

Xatırladaq ki, müvəqqəti hökumətin qurulması üçün konstitusiyada nəzərdə tutulan müddət dolmaq üzrədir. Ali Seçki Şurası (YSK) seçkinin 1 noyabrda keçirilməsini təklif edən layihəni ötən gün müzakirə üçün bütünsiyasi partiyalara göndərib. 

İyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qaldı.

 

Son seçkidə sadəcə 4 partiya Türkiyə partlamentinə daxil olub

Türkiyədə iyulun 10-da koalisiya hökumətinin qurulması prosesinə start verilib və 45 gün ərzində bu mümkün olmasa ölkədə yenidən parlament seçkisi keçiriləcək. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar