Türkiyədə nazirin biznesmen qohumu öldürülüb
21.05.2016 526 0.0 0

Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıçın əmisi oğlu, iş adamı Fatih Mehmet Kılıç öldürülüb.
 
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, iş adamının meyiti İstanbuldakı meşəlik ərazidə aşkarlanıb. Hadisə yerinə gələn polisin araşdırmaları əsasında F. M. Kılıçın odlu silahdan açılan atəşlə boyun nahiyəsindən vurularaq öldürüldüyü məlum olub.
 
Məlumatda bildirilir ki, o, 700 min lirəyə obyekt satın almaq üçün iş görüşünə gedib. Ərazidə olan kamera görüntülərindən onun görüşdüyü Mətin Ü. adlı şəxs saxlanılıb, hadisənin digər iştirakçısı Salim Ö.-nün tutulması istiqamətində əməliyyat davam edir.
 
Mətin Ü. polisə verdiyi ifadəsində bildirib ki, onlar görüşdükdən sonra avtomobilə oturublar.
 
Avtomobilin qabaq oturacağında oturmuş M. F. Kılıça Salim Ö. arxadan atəş açıb. Mətin Ü. Salim Ö. ilə birlikdə meyiti meşəlik əraziyə atıblar.
 
Məlumatda o bildirilir ki, M. F. Kılıç Salim Ö.-dən av almaq üçün görüşə gəlib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar