Türkiyədən Rusiyaya daha bir zərbə (FOTO)
20.12.2015 2233 0.0 0

Türkiyə və Avropa Suriyada əməliyyatlar aparan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. 

Məlumata görə, bu barədə Rusiya Hərbi Hava Qüvvələrinin uzaq aviasiyasının komandiri general-mayor Anatoli Konovalov bildirib. 

Onun sözlərinə görə, hava məkanının bağlanması səbəbindən Rusiya təyyarələri tapşırıqları Avropadan yan keçməklə həyata keçirir. "Olenoqorsk - bu bizim ən şimal aerodromumuzdur, bu bizə çatmanı artırmağa və havada əlavə yanacaq doldurmanı yerinə yetirməyə icazə verir. Müəyyən anlar çətinliklər olur və biz başqa variantlarla məsələlərin icrasının həll olunmasına qərar veririk. Avropa buraxmır, Türkiyə buraxmır", - deyə Konovalov qeyd edib.

 

General vurğulayıb ki, hətta belə şəraitdə rusiyalı bombardmançı təyyarəçilər məqsədlərini uğurla həyata keçirməyə qadir olduğunu göstərib. Xatırladaq ki, daha əvvəl Suriyada Rusiya aviazərbələri nəticəsində 34 dinc sakinin həlak olduğu barədə məlumat yayılıb.

 


Rusların Olenoqorsk aerodromu xəritədə

 

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

 

Təyyarəyə havada yanacaq doldurma

Təyyarə böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Parisdə keçirilən iqlim dəyişkənliyi konfransı zamanı görüşmək istədiyini dilə gətirmişdi. Lakin Putin Ərdoğanla görüşdən imtina edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar