Türkiyədə istehsal olunmuş yeni KORAL hava hücumundan müdafiə sistemi ölkənin Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
Məlumata görə, tam adı KORAL Mobil Elektronik Hərb Sistemi olan bu texnika raket, təyyarə və radar sistemlərini yararsız vəziyyətə gətirə bilir.
KORAL hava hücumundan müdafiə sistemi eyni anda bir neçə hədəfi zərərsizləşdirə bilir.
Türkiyənin yerli istehsalı olan bu sistem Rusiya istehsalı olan S-400 raketlərini yerində "vura" bilər. Belə ki, KORAL sistemləri müxtəlif hücumlar barədə qarşı tərəfin raketlərini və radiolokasiya sesteminə yanlış məlumat ötürə bilmə qabiliyyətinə malikdir.
KORAL-ın istehsalı və idarə olunması haqqında çox məlumat yoxdur. Bu sistem 150 kilometr məsafəni əhaə edir. Bu isə o deməkdir ki, Türkiyə ordusu Rusiyanın Suriyada yerləşən "Hmeymim" hərbi bazasını təsiri sahəsində saxlaya bilir./anspress/