Türkiyədən qaçan məşhur prokuror Ermənistana sığındı - Video
11.08.2015 652 0.0 0

Türkiyə Ağır Cinayət Məhkəməsinin “Ərgənəkon” işinin prokuroru Zəkəriya Öz haqqında dünən gecə çıxardığı həbs qərarından sonra eks-prokuror ölkədən qaçmağı bacarıb. 


Qazeta.info bildirir ki, “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, dünən Zəkəriyyə Özlə yanaşı, digər prokurorlar Cəlal Kara və Mehmet Yüzgeçin də həbs edilməsi ilə bağlı qərar çıxarılıb. 

Baş Prokurorluğun tələbini dəyərləndirən məhkəmə hər üç prokuroru “cinayət törətmək məqsədi ilə təşkilatlanmaq” və “güc və təzyiqdən istifadə edərək Türkiyə hökumətini devirməyə, vəzifələrini icra etməyə qismən və ya tamamən əngəl olmaq”da ittiham edərək saxlanılmaları üçün haqlarında həbs qərarı verib. 

Qərardan dərhal sonra, yəni 10 dəqiqə ara ilə sabiq prokurorlar Zəkəriyyə Öz və Cəlal Karanın Gürcüstana qaçdıqları məlum olub. Artıq Gürcüstan polisi də məsələ ilə bağlı məlumatlandırılıb. 

Xatırladaq ki, Cəlal Kara və Mehmet Yüzgüç iş adamı Rza Zərrab və nazir uşaqları da aralarında olmaqla bir sıra şəxslər haqda 17 dekabr araşdırmasına başlamışdı. İstintaqın davam etdiyi vaxtda Mehmet Yüzgüç  və Cəlal Kara vəzifələrindən kənarlaşdırılmışdılar. 

Zəkəriyyə Öz isə 2007-ci ildə başladılan məşhur “Ərgənəkon” işinin prokuroru olub. Onun başlatdığı istintaqın gedişində Baş Qərargah rəisi İlker Başbuğ da aralarında olmaqla bir sıra yüksək vəzifəli hərbçilər haqda cinayət işi açılmışdı.Həmiş şəxslər terror təşkilatı qurmaq və idarə etmək, həmçinin, mövcud hökuməti devirmək ittihamı ilə həbs edilmişdilər. Lakin AKP hökuməti həmin ittihamların qondarma olduğunu bildirərək  hərbçilərin azad edilməsi ilə bağlı qərar çıxarmışdı. Əvəzində isə bu işi başladan prokuror Zəkəriyyə Öz haqqında eyni ittihamlarla cinayət işi açılmışdı. 

***

Anadolu Agentliyinin yaydığı məlumata görə, Zəkəriyyə Öz və Cəlal Kara Gürcüstandan Ermənistana keçib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar