Türkiyədən Moskvaya güzəşt addımı (VİDEO)
15.12.2015 1418 0.0 0

Rusiya təyyarələri Türkiyə üzərindən müşahidə uçuşları həyata keçirəcək.

ANS TV-nin məlumatına görə, Ankara Türkiyə üzərində rus təyyarələrin müşahidə uçuşları aparmasına icazə verib. 

Uçuşların Ərzurum aeorodromundan bu gündən başlayaraq 18 dekabr tarixlərinədək aparılacaq. Bu qarşılıqlı etimadı gücləndirmək məqsədi dayışır.

Bu arada Rusiyada əsir götürüldüyü iddia olunan türk iş adamlarının görüntüləri yayılıb. Türk biznesmenlərin malları əllərində alınıb. Onlar telefon vasitəsilə çəkdikləri kadrlarda Türkiyə hökumətindən kömək istəyirlər. 

İş adamlarında biri söyləyib ki, Rusiya tərəfi onlara siz günahgarsınız, bizim təyyarəmizi vurdunuz, gedin Ərdoğana salam deyin, deyə gömrük məntəqəsində deyilib. Səbəbini gedin rəhbərlərinizdə axtarın.

Bu arada Rusiyaya məxsus döyüş gəmisinin Egey dənizində Türk bayrağı altında üzən balıqçı gəmisinə xəbərdarlıq atəşi açması barədə iddialar iki ölkə arasında gərginliyi pik hədindən xəbər verir. 

BBC-nin Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, türk balıqçı gəmisi rus döyüş gəmisinə doğru yaxınlaşarkən, toqquşmanın baş verməməsi üçün 600 metr məsafədən xəbərdarlıq atəşi açılıb.

İnsidentlə bağlı Türkiyənin Moskvadakı hərbi ataşesi Xarici İşlər Nazirliyinə çağırılıb. 

Romada beynəlxalq Liviya konfransında qatılan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu insident barədə məlumatı olduğunu təsdiq etsə də, təfərrüatların ona bəlli olmadığını və balıqçı gəmisini idarə edən şəxslə görüşdükdən sonra bu barədə açıqlama ilə çıxış edəcəyini bildirib.

Bununla belə Çavuşoğlu münasibətlərin daha da gərginləşməsinin əleyhinə olduğunu və dialoqa üstünlük verdiklərini əlavə edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar