Türkiyədə kürd lideri barəsində cinayət işi açılıb
28.12.2015 593 0
Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barəsində cinayət işi açılıb.
"Anadolu" agentliyinə istinadən verilən xəbərə görə, Ankara prokurorluğu S.Dəmirtaş barəsində "muxtariyyət" mövzusundakı açıqlamaları səbəbindən istintaqa başlayıb.
HDP həmsədri Türk Cəza Qanununa əsasən, konstitusion quruluşa qarşı çıxmaqda ittiham olunur. /report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər