Türkiyənin şimal-qərbində, Mərmərə dənizi yaxınlığında yerləşən Yalova şəhərində milli bağ parkı açılacaq.
“Report” xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Onun ziyarətçiləri ölkə ərazisində bitən 800-dən çox meyvə çeşidinin dadına baxa biləcəklər.
Şəhərin Ətraf Mühit və Şəhərsalma İdarəsinin direktoru Ümit Yılmaz qeyd edib ki, milli bağın tikintisi əvvəllər Atatürk Mərkəzi Elmi-Tədqiqat Bağçılıq İnstitutunun istifadəsində olan ərazidə aparılır.
İnstitutla birgə apardığımız araşdırmalar nəticəsində burada mövcud olan bitkilərin qorunub saxlanılaraq milli bağa inteqrasiyası təklif olundu”, - deyə qurum rəsmisi bildirib. Nəticədə parkda mövcud olan müxtəlif növ ağac və bitkilər qalacaq, hələ üstəlik yeniləri də əlavə olunacaq.
Onun sözlərinə görə, hazırda idman meydançalarının, velosiped və piyada yollarının təşkili istiqamətində işlər aparılır.
Atatürk Elmi-Tədqiqat Bağ Bitkiləri İnstitutunun direktoru Yılmaz Boz bildirib ki, Türkiyədə ümumilikdə 1 500 -2 000 meyvənin genotipi yetişir. Layihə tamamlandıqda 840 növ meyvə milli parkda təmsil olunacaq. Boz həmçinin bitki növlərinin bioloji müxtəlifliyinin qorunması baxımından belə bir bağın yaradılmasının vacibliyini vurğulayıb, çünki onlar müxtəlif səbəblərdən təbiətdə yox ola bilər. O, bağda bitən meyvələrin iqtisadi səmərə verəcəyini də əmindir.
Milli bağın 2022-ci ilin sonuna kimi başa çatdırılması gözlənilir.