Türkiyədə həbsdə olan üç general azadlığa buraxılıb
15.11.2017 750 0
Türkiyədə ötən ilin iyulun 15-də dövlət çevirlişinə cəhddə iştirak etməkdə ittiham olunaraq həbs edilən 3 general azadlığa buraxılıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunlar briqada generalları - Murat Yayğın və Cəlaləddin Çoban, briqada admiralı Ercan İnceoğludur.
Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsinin noyabrın 15-də keçirilən iclasında generalların həbsdən azad edilməsi haqqında qərar çıxarılıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər