Türkiyədə fövqəladə vəziyyət elan edilib
16.08.2015 875 0.0 0

Türkiyənin Muş vilayətinin Varto qəsəbəsində təhlükəsizlik məqsədilə fövqəladə vəziyyət elan edilib.

Məlumata görə, Muş valisi Vedat Büyükersoy insanların təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saat 8:30-dan etibarən insanlara küçəyə çıxmağın qadağan edildiyini bildirib. Buna səbəb Muşun təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında silahlı qarşıdurmaların baş verməsidir.

Türkiyə mətbuatının məlumatına görə, dünən PKK terrorçuları Muş vilayətinin idarəçiliyinə məxsus olan bir ekskovatoru ələ keçirərək Varto qəsəbəsinin girişindəki körpünü dağıdıblar.

Muş valisi Vedat Büyükersoyun sözlərinə görə, PKK terrorçuları hələ də Vartodadır və onlara qarşı hərbi əməliyyatlar davam etdirilir, bəzən terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar olur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar