Türkiyədə daha bir Xocalı və Qarabağ parkı açılıb
20.02.2018 833 0
Türkiyənin Aydın vilayətində Xocalı faciəsinə həsr olunmuş park və Qarabağ parkı açılıb.
Məlumata görə, açılış mərasimində Azərbaycanın millət vəkili Qənirə Paşayeva və türkiyəli millət vəkilləri iştirak ediblər.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər