Türkiyədə azərbaycanlı qadınlar saxlanılıb
09.09.2015 893 0.0 0

Türkiyənin Ordu vilayətində aralarında azərbaycanlıların da olduğu əxlaqsızlıqla məşğul olan 15 nəfər saxlanılıb.

 

 “Milliyət”ə istinadən verilən məlumata görə,  şəhər polis əməkdaşları şikayət əsasında Altınordu bölgəsində bəzi evlərdə əməliyyat keçirib.

 

Nəticədə 7-si qadın olmaqla 15 nəfər əxlaqsızlıq və əxlaqsızlığa təşviq etmədə təqsirli bilinərək saxlanılıb. Həmin şəxslərlə bağlı iş Ordu Polis İdarəsindən prokurorluğa göndərilib. 

 

Evlərdə aparılan axtarış zamanı çoxlu miqdarda pul və bank çekləri aşkar edilib.

 

Saxlanılan qadınların Azərbaycan və Gürcüstan əslli olduqları bildirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar