Türkiyədə ailəsi ilə istirahət edən azərbaycanlı 6 yaşlı uşaq hovuzda boğularaq ölüb.
Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, hadisə Antalyanın Kəmər kurortunda baş verib.
Ailəsi ilə birgə istirahətə gedən 6 yaşlı Leyla Rzayeva hovuzun ətrafında oynayarkən su ilə dolu hovuza yıxılıb. Yıxılan azyaşlı ətrafdaki insanların köməyi ilə oradan çıxarılaraq xəstəxanaya aparılıb. Xəstəxanda ilkin tibbi yardım göstərilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Leylanın xalası Ramidə Quliyeva bildirib ki, istirahət etdikləri oteldə heç bir təhlükəsizlik tədbirləri yox imiş. Hadisə elə bu səbəbdən baş verib. R.Quliyeva çox kədərli olduqlarını bildirib və heç bir təhlükəsizlik tədbirləri görülmədiyi üçün oteli məhkəməyə verəcəklərini də əlavə edib./anspress/