Türkiyədə 4 FETÖ-çü məhkəmə zalından qaçıb
06.04.2018 1122 0
Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 4 nəfər məhkəmə zalından qaçıb.
“Haberturk”ə istinadən xəbər verilir ki, şahidlərlə vəkilləri Ankara Ağır Cinayətlər Məhkəməsinin Sincan cəza və islah müəssisəsində keçirilən prosesə hazırlaşırmış.
Məhkəmənin sədri Muhammad Yavuz cinayət işinə daxil olan dəlilləri oxuyub. Bundan sonra hakim şübhəlilər barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərarı oxuyub. Bu zaman məhkəmə salonundan şahidlər - Serkan və Songül Hasdemirlər, Mustafa Kayabaşı və Zekeriya Şentürkün qaçdığı məlum olub. Hakim onların da tutulması barədə əmr verib.
Məhkəmə prosesi aprelin 9-da davam edəcək./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər