Türkiyədə 16 telekanal və 45 qəzet bağlanıb
28.07.2016 545 0.0 0

Türkiyədə fövqəladə vəziyyət çərçivəsində bəzi  qurum və təşkilatlar barəsində nizamlama aparılması qərarına əsasən 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 jurnal, 29 nəşriyyat bağlanıb.

 

Məlumata görə, bu barədə “Milliyet” qəzeti xəbər verib.

 

Bağlanılan qəzetlərin arasında Tərəf Zaman, Azad Düşüncə, Bu gün, Millət, meydan, Today s Zaman, Sabaha Baxış və Yeni Hayat-in adları var.

 

Bağlanılan televiziya kanalları bunlardır: Barış TV, Bu gün TV, Can Erzincan TV, Dünya TV, Hira TV, Irmak TV, Kanal 124, Kanaltürk, MC TV, Mehtap TV, Merkuri TV, Samanyolu Haber, Samanyolu TV, SRT TV, Tuna Shopping TV , Yumurcak TV.

 

Cihan Xəbər Agentliyi, Müxbir Xəbər Agentliyi və SEM Xəbər Agentliyi bağlanılan informasiya agentlikləri arasındadır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar