Türkiyədə hökumətin qurulması ilə bağlı prosess yeni mərhələyə qədəm qoyur. Məhz bundan sonra Türkiyəni nə gözləyir? Eləcə də koalisiyon hökumət danışıqları niyə baş tutmadı? Bu kimi sullara siyasi şərhçi, jurnalist İbrahim Nəbioğlu aydınlıq gətirib.
- Koalisiyon hökumət danışıqları niyə baş tutmadı? MHP ilə danışıqların başqa cür nəticələnəcəyini gözləmək olardımı?
- Ötən gün Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli partiya rəhbərlərinin iştirakı ilə toplantı keçirdi. Toplantı zamanı onlar AKP qarşısında 4 həlli mümkün olmayan şərt irəli sürdülər. Belə ki, kürdlərlə sülh prosesindən imtina edilməli. Anayasanın ilk 4 maddəsi – dövlətin şəkli, forması, xüsusiyyətləriylə bağlı maddəlar dəyişilməz olaraq qalmalı. Prezident Rəcəb Tayyib Ərdoğan öz vəzifə səlahiyyətlərini aşmamalı. Eləcə də 2013-cü ilin dekabrın rüşvət və korrupsiya iddiaları araşdırılmalı. Artıq bu şərtlər məlum olandan sonra bütün Türkiyə çox ciddi bir şəkildə narahatlıq keçirdi. Çünki, hər bir kəsə aydın idi ki, AKP bu şərtləri qəbul etməyəcək. Məhz bu günkü görüşdə şahmat terminiylə desək “Pat” vəziyyəti yarandı.
İbrahim Nəbioğlu
- Bundan sonra Türkiyəni nə gözləyir və ya bu nəticə Türkiyə üçün nə deməkdir?
- Mərhum Süleyman Dəmirəl demişkən Türk siyasətində 99 faiz 1 faizə barabərdir. Yəni bundan sonra nəyin baş verəcəyini proqnozlaşdırmaq olduqca çox çətindir. Lakin dəyişməz olan bir məsələ var ki, Türkiyə yaxın üç ay ərzində növbədənkənar parlamet seçkilərinə gedəcək. Parlamet seçkilərinə getməzdən öncə həm ölkə, həm prezident, həm də dövlət qarşısında çox ciddi bir problem var. Bu problem növbədənkənar parlamet seçkilsi ilə bağlı qərarı məclis, yoxsa Ərdoğan verəcək? Əgər bu problem öz həllini taparsa, onda bu ilin sonuna qədər Türkiyədə yenidən növbədənkənar parlamet seçkisi keçiriləcək./anspress/