Türkiyə baş nazirinin keçmiş müavininin kürəkəni tutulub
05.06.2017 655 0.0 0

 Türkiyə baş nazirinin keçmiş müavini Bülənt Arıncın kürəkəni Ekrem Yeter Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat tədbiri çərçivəsində tutulub.

Türkiyə KİV-inə istinadən xəbər verilir ki, o, FETÖ ilə əlaqədə şübhəli bilinir.

Ekrem Yeter Yıldırım Bəyazit Universiteti Təhsil Şurasının üzvü idi.

O, bir müddət əvvəl qanun hökmündə qərar əsasında tutduğu vəzifədən azad edilib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar