Türkiyə baş naziri vəzifəsinə namizədin adı açıqlandı
18.05.2016 1056 0.0 0


Mərkəzi İdarə Heyətinin iclası sabah saat 11.00-da baş tutacaq.

Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin iclasından sonra baş nazir və partiya sədrliyinə namizədin adı açıqlanacaq.

Milliyət.com-a istinadən xəbər verilir ki, həmin şəxsin Binəli Yıldırım olacağı gözlənilir.

AKP-nin mühüm konqresinə sayılı günlər qaldığı halda, “Baş nazir kim olsun?” sualına bu dəfə millət vəkilləri, nazirlər, təşkilat üzvləri, Mərkəzi İdarə Heyətinin üzvləri, bələdiyyə sədrləri və məclis sədrləri cavab verib.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım bu cavablar arasında adı ən çox çəkilən oldu. Millət vəkilləri və namizədlərin əksəriyyəti onun namizədliyini dəstəkləyiblər.

Mərkəzi İdarə Heyətinin iclası sabah saat 11.00-da baş tutacaq. İclasdan sonra baş nazir və partiya sədrliyinə namizədin adı açıqlanacaq./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar