Türkiyə Azərbaycana pomidor ixracını artırıb
27.03.2017 711 0
Rusiya Türkiyədən məhsul idxalına qoyduğu qadağadan sonra qardaş ölkə qonşu ölkələrə pomidor ixracını kəskin artırıb.
Türkiyə mətbuatına istinadən xəbər verilir ki, embarqodan sonra Türkiyə Belarusa pomidor ixracını 500%, Polşaya 200%, Azərbaycana 160%, o cümlədən Naxçıvana 150% artırıb.
Embarqoyadək Türkiyə il ərzində Rusiyaya 500 min ton pomidor ixrac edirdi. Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşmasına baxmayaraq embarqo hələ də qüvvədədir. Embarqo Rusiyaya sözün əsl mənasında baha başa gəlib. Belə ki, hesablamalara əsasən, Rusiya başqa ölkələrdən idxal etdiyi pomidora 500 mln. dollar əlavə xərc çəkir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər