Türkiyə Avropa İttifaqını ikili standartlarda ittiham edib
22.07.2016 511 0.0 0

 Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı Qərb ölkələri tərəfindən tənqid səsləndirilməsi ikili standartların açıq-aydın nümunəsidir.
 
Məlumata görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.  
 
“Bu ikili standartların açıq-aydın nümunəsidir... Biz hamımız Parisdə fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuş terror aktını pislədik. Amma bu zaman heç kim Fransanı insan haqlarını pozmaqda ittiham etmədi. Biz Avropaya üz tuturuq – Fransanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın. Türkiyəni Belçikada  terror aktları törədildikdən sonra  fövqəladə vəziyyət  elan olundu.  Belçikanı ittiham etmədiyinizdə Türkiyəni günahlandırmayın”, - Kalın CNN Türk  telekanalına müsahibəsində bildirib.  
 
Onun sözlərinə görə,  fövqəladə vəziyyət rejimi hüquq normaları çərçivəsində  tətbiq ediləcək və insanların gündəlik həyatına təsir etməyəcək: “Lakin hökumət ölkənin təhrikçilərdən təmizlənməsi üçün əlindən gələni edəcək”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar