Türkiyə Almaniyadakı səfirini geri çağırdı
02.06.2016 760 0.0 0

Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.

 

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım açıqlayıb. O, Almaniya parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasının qəbuledilməz olduğunu bildirib: “Türkiyə bu qərarı əsla qəbul etmir. Yanlış qərardır. Bizim keçmişimiz bəllidir”.  

 

Hökumət sözçüsü Numan Kurtulmuş Türkiyənin bu qərarı yox saydığını söyləyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu isə Almaniyanı ittiham edib: “Öz tarixindəki qaranlıq səhifələri qapatmağın yolu məsuliyyətsiz və əsassız qərarlarla başqa ölkələrin tarixini qaralamaq deyil”. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar