Türkiyə Afrində 811 terrorçu məhv edib
02.02.2018 754 0
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində fevralın 1-də PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 14 obyekt dağıdılıb, 21 terrorçu məhv edilib.
Məlumata görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 811 terrorçu məhv edilib.
Məlumatda həmçinin bildirilir ki, əməliyyata cəlb edilən təyyarələrin hamısı döyüş tapşırıqlarını uğurla yerinə yetirərək təhkim olunduqları aviabazalara qayıdıb.
Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər