Türkiyə ABŞ-ın yalanının üstünü açdı
28.02.2018 1300 0.0 0

Amerikalı polkovnik Robert Manninq də Afrində gərginliyin azaldılması istiqamətində Türkiyə ilə müzakirələr apardıqlarını söyləmişdi

 ABŞ Müdafiə Nazirliyinin sözçüsü Adrian Qallovey bu gün səhər jurnalistlər üçün keçirdiyi brifinqdə Afrində gərginliyin azaldılması istiqamətində Türkiyə ilə müzakirələr apardıqlarını bəyan etmişdi.

"Timeturk"ə istinadən xəbər verilir ki, rəsmi Ankara bu iddianı təkzib edib. Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib ki, ABŞ və Türkiyə Afrindəki əməliyyatla bağlı hər hansı diplomatik müzakirə aparmır.

Qeyd edək ki, amerikalı polkovnik Robert Manninq də Afrində gərginliyin azaldılması istiqamətində Türkiyə ilə müzakirələr apardıqlarını söyləmişdi.

Gündəlik mətbuat konfransında çıxış edən Manninq Afrində şiddətin artmaması üçün Türkiyə ilə görüşlərin davam etdiyini söyləmişdi./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar