Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.//AzərTac
Xatırladaq ki,Bir neçə saat öncə Türkiyənin Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandıran Ərdoğan prezident postuna çıxdıqdan sonar ikinci xarici səfərini Azərbaycana etdiyini xatırladıb. Dövlət başçısı Azərbaycanın Türkiyənin qədim dostu olduğunu bildirib və iki ölkə arasındakı ortaq investisiyalara diqqət çəkib.