TÜRKİYƏ ÖZÜNÜN NÜVƏ ARSENALINI YARADIR? – ABŞ-da ciddi narahat olmağa başladılar...
28.10.2019 539 0.0 0

Qazeta.ru-ya istinadla xəbər verilir ki, Türkiyənin güclü dövlət olması uğrunda çalışmaları “The  New York Times” nəşrində müzakirə olunub.
Qəzet yazır:
“Türkiyə nüvə gücü olmaq istəyir. Əgər Türkiyə həqiqətən də əsaslı işlər aparsa və “nüvə yolunda” hərəkət etməyə başlasa, öz nüvə arsenalını yaratmağa 4-5 il gedə bilər. Ekspertlərin rəyinə görə, Ərdoğan bu səhədə Moskvadan kömək ala bilər – indi Türkiyədə “Akkuyu” AES tikilir”.
“The New York Times”-ın yazdığına görə, AES-dən qalan tullantı nüvə yanacağının yaradılmasında istifadə oluna bilər:
“Yeri gəlmişkən, Moskva çətin ki, nüvə silahının yayılmamasına dair müqaviləni pozub, buna getsin. Buna misal kimi İranı göstərmək olar – Rusiya burada “Buşehr” AES tiksə də, ölkənin nüvə proqramına dair tənzimlənmiş mövqe tutub.
Əvvəl prezident Ərdoğan Ankaranın nüvə silahına sahib ola biləcəyinə işarə edirdi. O, bu barədə sentyabr çıxışlarından birində demişdi.
“Bəzi ölkələr nüvə  başlıqlı raketlərə sahibdirlər – bir-iki yox, çox sayda. Eyni zamada onların fikrinə görə bizdə bu raketlər ola bilməz. Mənim üçün bu qəbul edilməzdir “, - “Reuters” türk liderin sözlərindən sitat gətirmişdi. O zaman Ərdoğan qonşu İsraili nümunə gətirmişdi. Onun sözlərinə görə, nüvə silahı ölkəni kənar müdaxilələrdən qoruyur.

 

 

Pakistan Türkiyə üçün nümunə ola bilər. Ölkə rəbərliyi nəinki öz nüvə proqramını yaratdı, həm də Prkistan nüvə proqramının “atası”, nüvə alimi Əbdül Qadir Xanın 2008-ci ildə dediyi kimi, məhz Pakistan KXDR-ə uranı zənginləşdirmək üçün texnologiya vermişdi.
Hal-hazırda "nüvə klubu" na 9 ölkə - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Şimali Koreya, İsrail, Hindistan və Pakistan daxildir. 14,465 nüvə silahının arsenalının çox hissəsi Rusiya və ABŞ-ın əlində cəmləşib, lakin siyahıdakı digər üzvlər də bu sahədə az aktiv deyillər.

 

Ərdoğanın “nüvə demarşasına” müraciətinin ciddi olub-olmadığı hələlik tam aydın deyil. Eyni zamanda bu cür açıqlamalar Türkiyə üçün çox baha başa gələ bilər.
Beləliklə, ABŞ öz NATO müttəfiqinə əvvəlki inamını itirə bilər. Bunu son zamanlar ölkələr arasında gərginliyin artması sübut edir. Son məlumatlara görə, ABŞ-ın təxminən 50 nüvə silahı Türkiyənin İncirlik hərbi bazasında saxlanılır”./muxalifet.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar