TÜRKİYƏDƏ SEÇKİYƏ 3 GÜN QALDI
07.08.2014 1399 0.0 0

Türkiyədə ümumxalq səsverməsi yolu ilə keçiriləcək  prezident seçkilərinə 3 gün qaldı.

Qaydalara görə avqustun 10-na təyin edilmiş seçki  birinci turda qalib müəyyən olunmayacağı təqdirdə səsvermənin ikinci turu avqustun 24-də keçiriləcək.Xarici ölkələrdəki Türkiyə vətəndaşlarının səsvermədə iştirakını təmin etmək məqsədilə bu ölkənin diplomatik nümayəndəliklərində səsvermə təşkil olunacaq

Bu arada secki yaxınlaşdıqca namizədlər arasındakı qarşılıqlı ittihamlar artıb.Ekspertlər sekiyə 3 namizəd Receb Tayip Erdoğan(AKP-namizədi),Ekmeleddin İhsanoğlu (CHP və MHP-nin birgə namizədi) və Selahettin Demirtaş (HDP-namizədi)   olmasına baxmayaraq mübarizənin  Receb Tayip Erdoğan və Ekmeleddin İhsanoğlu arasında gedəcəyi bildirilir.Artıq meydanlarda gedən seçicilərlə görüşlərdə də Ərdoğan və İhsanoğlu biri-birini ittihamları artırmasından da mübarizənin əsasən kimlər arasında gedəcəyi hiss olunur.6 avqust tarixində HaberTurk kanalına qonaq olan İhsanoğlu Ərdoğanı İsrailin maraqlarına cavab verməkdə,İsraillə ticarət əlaqələri kəsəcəklərini bəyan edib lakin əksinə olaraq ticarət dövriyyəsini 3 dəfə artırmaqda və İsrail hökumətindən təltiflər almaqda ittiham edib.

Deyilənlərə Ərdoğanın gec olmadan cavab gəlib bu gün meydanlarda olan Ərdoğan Əkməllədinin Pensilvaniyadan idarə olunduğunu vurğulayaraq  Fətullah Gülənin İsrailə işlədiyinə eyham vurarub. Onu baş nazirin telefonunu dinlətdirməkdə və əldə olunan məlumatların xarici kəşfiyyata ötürməkdə və Türk xalqına, dövlətinə bəd dua etməkdə lakin İsrailin Fələstinə etdiklərini susqunluqla izlədiyinə diqqət çəkib və ittiham edib.

Xatırladaq ki,Türkiyədə 10 avqusta keçiriləcək 12 ci prezidentlik seçkisi əvvəlkilərdən fərqli olaraq Türkiyə Böyük Millət Məclisində deyil, ilk dəfə olaraq ümumixalq səsvermə yolu ilə keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar