Türkiyə Hava Yollarına məxsus təyyarədə bomba həyəcanı yaşanıb. Məlumata görə, hadisə İstanbul-San Paulu reysinə hazırlaşan təyyarədə qeydə alınıb.
Belə ki, uçuşa hazırlaşan təyyarədəki oturacaqların birinin altında ingiliscə “bomb” yazılan zərf aşkarlanıb. Bundan sonra səfəri təxirə salan THY-nın nümayəndələri sərnişinləri təxliyə etdikdən sonra axtarış işlərinə başlayıb.
Axtarışalar zamanı şübhəli hər hansı bir əşya tapılmadıqdan sonra təyyarə yenidən öz üçuşunu bərpa edib.
Ötən həftə də oxşar hadisə baş verib. THY-na məxsus daha bir təyyarədə bomba xəbəri həyəcana səbəb olub.
Rotterdam-İstanbul uçuşuna hazırlaşan Boeing 737-800 tipli təyyarədə baş verən hadisə reysin 5 saat gecikməsi ilə nəticələnib. Axtarışlar zamanı təyyarədən heç bir şübhəli bağlama tapılmayıb./anspress/