Türkiyə Hava Qüvvələrinin Şimali İraqda PKK ya yönəlik hava əməliyyatları bu gecə də davam edib.
Məlumata görə, gecə saatlarında kəşfiyyat məqsədilə havaya qalxan Türk qırıcıları İraqdakı PKK düşərgələrini və Suriyadakı İŞİD mövqelərini öyrənib.
Kəşfiyyat uçuşundan sonra mövqelərin kordinatları Diyarbakır 2 saylı Hava Qüvvələri Komandanlığının 8 saylı hərbi hava bazasına ötürülüb və həmin ərazilərə göndərilən 9 döyüş təyyarəsi düşmənin mövqelərini bombardman edib.
İhlas xəbər agentliiyinə görə əməliyyat üçün Türkiyə Silahlı Qüvvələri tam olaraq yerli kəşfiyyat məlumatlarından yararlanıb və 5-ci “dalğa əməliyyatı"nda bir çox terrorçu düşərgələri və postları məhv edilib.
5-ci “dalğa əməliyyatı"nda bir çox terrorçu düşərgələri məhv edilib
Bu arada Şırnak vilayətində bir qrup PKK terrorçusu gecə saatlarında Mərkəzi motoatıcı briqada komandanlığına hücum edib. Əldə olunmuş məlumata görə, terrorçular hərbi hissəni avtomatik tuşlanan raketlərdən atəşə tutub.
PKK hücumuna əsgərlərin dərhal cavab atəşi açmasından sonra tərəflər arasında qısa atışma baş verib. Ətrafı işıqlandırmaq üçün hərbçilərin havaya buraxdığı fişəng quru otların olduğu sahəyə düşərək yanğına səbəb olub.
Yanğın bir müddət sonra müdaxiləsiz sönüb, çox keçmədən 23 saylı hərbi hissədən göndərilən 2 kobra tipli hərbi helikopter PKK döyüşçülərinin olduğu ərazini havadan atəşə tutub. İtkilər barədə məlumat verilmir.
Diyarbəkir şəhərinin özündə də vəziyyət qeyri-sabit olaraq qalır. Gecə saatlarında Qazilər səmtində bir qrup maskalı etirazçı mərkəzi yollardan birini bağlayaraq icazəsiz aksiya keçirib. Əllərində olan molotov-kokteyllərini yola atan etirazçılar, özbaşına olaraq yoldan keçən maşınları saxlayıb və içində olanların kimliklərini yoxlayıb.
Silahla havaya atəş açıldığını görən bəzi sürücülər geri dönməyə məcbur olub. Bağlar, Sur və Yenişehir rayonlarında müxtəlif yolları bağlayan etirazçılara çevik polis alayı gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib. Sonradan polis bir çox həssas ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirib.
Çevik polis alayı Diyabəkirdə də küçələrə yeridildi
Ankaranın mərkəzində küçələrin polis müşaiyəti ilə solçu təşkilatlara aid plakatlardan təmizlənməsi zamanı polislə etirazçılar arasında qarşıdurma yaraşanıb. Qonur küçəsində bir qrup fəal təmizlik işləri aparanlara təpki göstərib.
Çevik polis alayı üzvləri gözyaşardıcı qazla müdaxilə edib. Bir gənc fəalı saxlamağa çalışan zaman qarşıdurma yaranıb.
Ankarada polislə etirazçılar arasında qarşıdurma