Türk polisi 31 İŞİD üzvünü saxladı
10.02.2018 778 0.0 0

Türk polisi İstanbulda İŞİD üzvü olduğundan şübhələndiyi 31 nəfəri hücuma hazırlaşarkən saxlayıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, polis şəhərin 3 rayonunda 6 ünvanda axtarış aparıb. Saxlananların hamısı əcnəbidir.

Qeyd edək ki, türk polisi İŞİD-ə qarşı əməliyyatları keçən ilin sonunda gecə klubunda Yeni İl şənliyinə silahlı basqından sonra artırıb. Basqın zamanı 39 nəfər öldürülmüşdü.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar