Türk ordusundan PKK-ya ağır zərbə
12.08.2015 838 0.0 0

Türkiyə ordusu Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatına qarşı keçirdiyi əməliyyatlarda 7 kürd terrorçusu məhv etməklə yanaşı 17 PKK hədəfini yerlə yeksan edib. 

Məlumata görə, keçirilən əməliyyatla bağlı məlumat Ağrı şəhər valiliyi tərəfindən yayılıb. Açıqlamada bildirlir ki, təşkilata qarşı Təndürək dağında düzənlik ərazidə həyata keçirilən əməliyyatda 7 terrorçu öldürülüb.

Digər tərəfdən isə Ağrı Dağı ətəklərindəki Pambıq Keçidi adlanan ərazidə səhər saatlərində baş verən atışmada 5 PKK üzvü öldürülüb. Səhər saatlarində bir qrup PKK üzvünün İğdır-Ağrı yoluna doğru hərəkət etdikləri məlum olub. Ərazidə olan əməliyyat qrupu PKK üzvülərini zərərsizləşdirmək üçün əməliyata başlayıb. Əməliyyat nəticəsində bölgədə baş verən atışmada 5 PKK üzvü öldürülüb. Ümumilikdə isə keçirilən yerüstü əməliyyatlarında 12 terrorçu məhv edilib.

 

PKK döyüşçüsü

Türkiyə ordusu terrorçuları yerdə təqib etməklə yanaşı onlara qarşı havadan da hücumlarını davam etdirir. Müdafiə nazirliyi Hakkaridə terrorçu hədəflərinə qarşı keçirdiyi hava hücumlarında 17 hədəfi məhv etdiyini bildirib.

 

PKK -ya qarşı əməliyyat

İyun ayının sonundan etibarən Türkiyə ordusu İraqın şimalında bir neçə əməliyyat həyata keçirib. Nəticədə onlarla PKK məntəqəsi məhv edilib, 250 silahlı, o cümlədən komandirlər öldürülüb, 400-dən artıq terrorçu yaralanıb. 

Buna cavab olaraq PKK fəal hərbi hərəkətlərə keçərək gün ərzində bir neçə hücum həyata keçirir. Rəsmi Ankara PKK-nın silahı yerə qoyması və onun dəstələrinin ölkəni tərk etməsi müqabilində sülh prosesini davam etdirməyə razı olduğunu bildirib./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar