Türkiyənin Kilis vilayəti ilə həmsərhəd Suriyanın Azəz rayonunun Karamezre kəndində müxaliflərlə İŞİD terrorçuları arasında atışma baş verib. Məlumata görə, İŞİD terrorçuları “Zenit” topları ilə müxaliflərin nəzarətindəki Karamezre kəndində yerləşən təbii qaz transferi stansiyasını hədəfə götürüblər. Terrorçularının atdığı top mərmilərindən yeddisi Türkiyə ərazisinə düşüb.
TSK tankları cavab atəşi açır
“Əlcəzirə”yə məlumat verən mənbə top mərmilərinin Yavuzlu və Ardıclı kəndlərinə düşdüyünü, insan tələfatı olmasa da Ardıclı kəndindən sakinlərin təxliyyə olunduğunu bildirib.
Bundan sonra öhdəlik qaydaları çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid tanklar qarşı tərəfdəki İŞİD hədəflərini intensiv atəşə tutub.
Suriyalı müxaliflər ötən gün ərzində İŞİD nəzarətində olan Azəz rayonunun kəndlərinə fasiləsiz hücumlar edib. Günortadan sonra isə Karamezrenin cənubundakı bəzi kəndlər müxaliflərin nəzarətinə keçib.
Hazırda Türkiyə ilə həmsərhəd Karamezre kəndində atışmaların davam etdiyi, strateji əhəmiyyətə malik təbiiqaz transferi stansiyasına müxaliflərin nəzarət etdiyi bildirilir. /anspress/