Türk biznesmen oğlunu öldürdü
13.12.2017 1073 0.0 0

"Uzun müddətdir ki, işsiz idi. Narkotik maddə aludəçisi idi. Bu səbəbdən tez-tez məndən pul istəyirdi. Hər dəfə buna görə dalaşırdıq. Bıçaqla üstümə gəldi. Mən də əsəblərimə hakim ola bilmədən onu öldürdüm. Çox peşmanam".

Milli.az Milliyet-ə istinadla xəbər verir ki, bu sözləri oğlunu öldürən İzmirli iş adamı ifadəsində deyib.

Türkiyənin İzmir şəhərində 31 ildir fəaliyyət göstərən ayaqqabı firmasının qurucusu və rəhbəri 56 yaşlı Nimet Tarlak narkotik maddə istifadəçisi olan oğlu Burak Tarlakı ofisdə qeydiyyatda olan özünə məxsus tapança ilə atəş açaraq öldürüb.

Nimet Tarlak saxlanılıb. O, cinayəti etiraf edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar