«Türk axını»nın inşasına start verildi
26.08.2015 639 0.0 0

Məlumata görə, Rusiyanın "Qazprom" ASC "Türk axını" qaz kəmərinin inşası layihəsinin dənizin altından və quru sahəsindən keçən hissəsində mühəndis araşdırmaları üçün rəsmi razılıq verib.

"Qazprom"un rəsmi açıqlamasında deyilir ki, boru xətlərinin həm dəniz, həm də quru ərazisindən keçən hissəsində tədqiqatlar aparmaq üçün rəsmi icazələr verilib.

Bununla da Rusiya "Türk axını" layihəsini daha tez inşa etmək fikrində olduğunu bəyan edib. "Türk axını"nın dənizin altından keçəcək hissəsində hər birinin tutumu 15,75 milyard kubmetr olan 4 boru xətti çəkiləcək. 

Açıqlamada o da deyilir ki, boru xətti 660 km uzunluğunda "Cənub axını" üçün nəzərdə tutulmuş marşrutla və 250 km boyunca Türkiyənin Avropa qitəsindəki torpaqlarında çəkiləcək.

İllik ötürmə qabiliyyəti 63 milyard kubmetr olan bu kəmərin 16 milyard kubmetri Türkiyəyə, 47 milyard kubmetri isə Avropaya satılacaq.


 


Türkiyə "Türk axını" kəmərinin tikintisi ilə bağlı razılaşma layihəsini Avqustun 19-u Rusiyaya göndərib. 

Rusiya ilə Türkiyə arasında danışıqlara hələ iyul ayında başlansa da, Türkiyənin Rusiya qazına endirimlər etməsi təklifi ölkələr arasında fikir ayrılığına səbəb olub. 2015-ci ilin fevralın ayında Taner Yıldız bildirib ki, söhbət 10,25% endirimli 28-30 milyard kub metr qaz həcmindən gedir. Lakin bu təklifi eşidən Rusiya Energetika Nazirliyinin başçısı Aleksandr Novak Moskva və Ankara arasında danışıqların dayandırıldığını açıqlayıb.


 


Türkiyə tərəfi deyir ki, o zaman Rusiya dörd məntəqə üzrə tikintiyə hazırlaşdığı üçün bir və ya iki qaz kəməri tikintisini dayandırmalı idi. Amma Ankaraya qaz lazım olduğu üçün, Rusiyadan gələn qaz kəmərindən imtina edə bilməz, rəsmi Moskva endirimlər etməsə belə.

"Türk axını" layihəsinə görə, qaz kəməri Qara dənizin dibi ilə Anapadan keçməli, daha sonra Türkiyə ərazisi boyunca Yunanıstana çatmalıdır. Əgər hazırlanmış bu layihə Rusiya tərəfindən qəbul olunarsa, il ərzində kəmər boyu 63 milyard kubmetr həcmində qaz təchizatı nəzərdə tutulur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar