Tu-154 təyyarəsinin komandirinin meyiti tapılıb
27.12.2016 751 0.0 0

Qara dənizdə qəzaya uğrayan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin komandirinin meyiti tapılıb.

 

Məlumata görə, bu barədə TASS agentliyinə hərbi mənbə məlumat verib.

 

“Xilasedicilər Tu-154 təyyarəsinin komandiri Roman Volkovun meyitini sudan çıxarıblar. Bu gün daha 70 nəfərin qalıqları aşkar edilib”, deyə mənbə bildirib.

 

Qeyd edək ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Tu-154 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar