Transxəzər nəqliyyat marşrutuna yeni limanlar qoşulacaq
22.05.2017 621 0.0 0

Transxəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulan limanların sayı artırılacaq.

Məlumata görə, bunu jurnalistlərə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakıda keçirilən Türkdilli ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində qardaşlaşmış limanların iclası zamanı deyib.

Onun sözlərinə görə, konsorsium layihəyə yeni iştirakçılar cəlb etmək niyyətindədir:

“Hazırda marşrutda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yanaşı, Qazaxıstanın Aktau və Kurık, eləcə də Türkiyənin Samsun limanı iştirak edir. Biz bu cür limanların sayını artırmaq niyyətindəyik”./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar