Transneft: Bakı-Novorossiysk kəməri ilə neftin nəqli dayandırılıb
01.08.2016 563 0.0 0

Rusiyanın "Transneft" şirkəti Azərbaycanda baş verən zəlzələ səbəbindən Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqlini dayandırıb.
TASS agentliyinə istindən xəbər verilir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi İqor Dyomin jurnalistlərə bildirib.
O həmçinin qeyd edib ki, bütün liman ərazisində işlər qaydasında davam etdirilir: "Yüklənmə qrafikə uyğun davam etdirilir".
Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.
SOCAR martın 1-dən etibarən Novorossiysk istiqamətində neft nəqlini bərpa edib. Azərbaycan neftinin 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə nəqli barədə saziş "Transneft" və SOCAR arasında bu ilin fevralın sonunda rəsmiləşdirilib.
Bu gün Azərbaycanda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 bal, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar