Trampla Ruhani arasında görüş ola bilər
05.09.2019 441 0
ABŞ prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhani arasında sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində görüş keçirilə bilər.
"TASS"a istinadən verilən məlumata görə, bu barədə ABŞ prezidenti jurnalistlərə bildirib.
Mümkün görüş barədə suala cavab verən D.Tramp deyib: "Hər şey mümkündür. Onlar danışmaq istəyir. Onlar müqavilə bağlamaq istəyir".
Bundan əlavə D.Tramo qeyd edib ki, ABŞ administrasiyası Vaşinqton və Tehran arasında danışıqların başlaması üçün sanksiyaların bir hissəsini ləğv etməyəcək./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər