Trampın müşaviri istefa verib
07.03.2018 765 0.0 0

ABŞ prezidenti Donald Trampın iqtisadiyyat üzrə məsləhətçisi Qeri Kon yaxın həftələrdə istefaya getmək qərarına gəldiyini bildirib.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, Kon Trampın Birləşmiş Ştatlara polad və alümin idxalına iqtisadi rüsum tətbiq etmək qərarı fonunda vəzifəsindən gedir.

Bu qərarı həm ABŞ-ın iqtisadi tərəfdaşları, həm də Trampın bəzi həmpartiyalıları dəstəkləməyib.

Qeri Kon ABŞ Administrasiyasının vəzifəsindən getdiyini bildirən ikinci məmuru olub. Bundan əvvəl belə bir qərarı Ağ Evin kommunikasiyalar üzrə direktoru Houp Hiks qəbul edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar