Trampın malikanəsi də `Irma`nın qurbanı ola bilər
06.09.2017 599 0.0 0

"İrma" qasırğası ABŞ prezident Donald Trampın 30 milyon dollarlıq malikanəsinə də təhlükə yaradıb.

Məlumata görə, Karib dənizində Sen-Marten adasında yerləşən 11 otaqlı malikanə təbii fəlakətin qurbanı ola bilər.

Hazırda sürəti maksimum səviyyəyə çatan qasırğanın Karib sahillərinə yaxınlaşdığı bildirilir. ABŞ-ın bir çox ərazilərində "İrma" ilə bağlı fövqəladə vəziyyət elan edilib. Qeyd edək ki, "İrma" qasırğası bir neçə gün əvvəl Texasda böyük dağıntılara və iri daşqınlara səbəb olan "Harvi" qasırğasından daha güclü hesab edilir. Mütəxəssislərin fikrincə "İrma" son 10 ilin ən güclü qasırğasıdır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar