Trampın kürəkəni İraqa gedib
03.04.2017 798 0.0 0

 ABŞ prezidenti Donald Trampın kürəkəni, dövlət başçısının böyük məsləhətçisi təyin edilmiş Cared Kuşner İraqa səfər edib.

Məlumata görə, bu barədə "CNN" telekanalı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, Kuşnerə İraqa getmək təklifini ABŞ-ın Hərbi Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford edib.

Öz növbəsində "Reuters" bildirib ki, Kuşner İraqda vəziyyəti şəxsən qiymətləndirmək istəyir. O, bununla İraq hakimiyyətinə dəstəyini nümayiş etdirib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar