Trampın daha bir müşaviri vəzifəsini tərk edib
19.08.2017 722 0.0 0

ABŞ prezidenti Donald Trampın qanunvericiliyin tənzimlənməsi üzrə xüsusi müşaviri Karl Aykin vəzifəsini tərk edib.

 

Reuters agentliyinə istinadən verilən xəbərə görə, bu barədə 81 yaşlı milyardçının dövlət başçısına ünvanlandığı məktubda bildirilir.

 

K.Aykin postunu mümkün maraq münaqişəsinə dair şübhələrə görə tərk edib. K.Aykin bildirib ki, Neomi Rao Ağ Evin informasiya və tənzimləmə idarəsinin rəisi təyin olunandan sonra o,  administrasiyada tutduğu vəzifə və fəaliyyət sahəsi ilə əlaqədar sorğular almağa başlayıb. “Vəzifəmlə bağlı partiyadaxili mübahisələrin yaranmasını arzulamadığıma görə, əməkdaşlığımızı dayandırmaq qərarına gəldim”, K.Aykin vurğulayıb.

 

D.Tramp varidatı 24 milyard dollar təşkil edən investoru prezident seçkilərində qələbəsindən sonra əməkdaşlığa dəvət edib. Onun administrasiyadakı postu qeyri-rəsmi olsa da, işgüzar maraqlarından imtina etməyi tələb edib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Trampın strateji məsələlər üzrə baş müşaviri Stiv Bennon postunu tərk edib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar